SOSİUM

Həftə sonunun HAVASI
12 OKTYABR
267

Həftə sonunun HAVASI

2018-10-12 17:55:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Fins.az-a verilən məlumata görə Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Havanın maksimal temperaturu dağətəyi rayonlarda 13-18, dağlıq rayonlarda 8-13 dərəcəisti təşkil edəcək.

Lənkəran-Astara bölgəsinəüz tutanlarıarabir yağışlı hava şəraiti gözləyir. Havanın maksimal temperaturu 17-21, dağlıq rayonlarda 12-16 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında oktyabrın 13-ü gündüz, 14-də gün ərzində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu 18-23 dərəcəisti təşkil edəcək.

Naxçıvan MR-da hava şəraiti əsasən yağmursuz keçsədə, səhər saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Havanın maksimal temperaturu 19-24 dərəcəisti təşkil edəcək.

Paytaxt qonaqlarının isə nəzərinəçatdırırıq ki, okytabrın 13-də gecə və səhər, 14-də isə günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Oktyabrın 13-də gündüz, 14-də gün ərzində mülayim şimal-şərq küləyi üstünlük təşkil edəcək.Havanın maksimal temperaturu 17-20 dərəcə isti təşkil edəcək.

 Eləcə də bax:İcra hakimiyyəti sakinlərə xəbərdarlıq etdi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256