SOSİUM

Miqrantların sağlamlıqları necə qorunur?
12 OKTYABR
90

Miqrantların sağlamlıqları necə qorunur?

2018-10-12 10:12:00

Bakıda miqrantların və digər kateqoriyadan olan insanların sağlamlığının qorunması məsələləri müzakirə olunub.

Fins.az xəb

r verir ki, Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 11-də “Cənubi Qafqaz ölkələrində miqrantlar və mobil əhali qrupları arasında İİV/QİÇS və vərəmə yoluxma hallarının aşkar edilməsi, müalicəsi və qarşısının alınması üçün mexanizmlərin təkmilləşdirilməsi” layihəsi çərçivəsində konfrans keçirilib.

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyinin rəhbəri Serhan Aktoprak layihənin miqrantların və digər kateqoriyadan olan insanların sağlamlığının qorunmasındakı rolundan danışıb, konfransda müzakirə olunacaq məsələlər barədə məlumat verib.

Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar çərçivəsində gömrük sistemində mühüm yeniliklərin tətbiq olunduğunu, bunun da şəffaflığın təmin edilməsi və korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə, gömrük-biznes münasibətlərinin inkişafına təkan verdiyini vurğulayıb. İdarə rəisi gömrük orqanlarının ölkənin iqtisadi təhlükəsizliyini təmin etməklə yanaşı, əhalinin sağlamlığının da keşiyində durduğunu bildirib və bu mənada insanların sağlamlığının qorunmasının sərhəddən başladığını söyləyib.

 Eləcə də bax:Yeni İnstitut açıldı - Prezident və xanımı açılışda

Qeyd olunub ki, ölkənin bütün hava limanlarında və gömrük-sərhəd keçid məntəqələrində insanların bədən hərarətini müəyyən edən avadanlıqlar quraşdırılıb və şübhəli hallar müəyyənləşdirildikdə dərhal müvafiq tədbirlər görülür. “Bir pəncərə” prinsipinin tətbiqindən sonra sanitariya nəzarətinin artıq gömrük orqanlarına həvalə olunduğu, yüksək ixtisaslı kadrların işə cəlb edildiyi bildirilib.

S.Qaralov BMqT ilə birlikdə həyata keçiriləcək layihə çərçivəsində əməkdaşlığın daha da gücləndiriləcəyini, bunun da insanların sərhədkeçmə prosesini sürətləndirəcəyini diqqətə çatdırıb.

Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Nizami Quliyev və Beynəlxalq Miqrasiya Təşkilatının Gürcüstan nümayəndəliyinin rəhbəri Sanya Çelebiç-Lukovaç mövzu ilə bağlı fikirlərini bölüşüb, layihə çərçivəsində görülən işlərdən danışıb, əməkdaşlığın gücləndirilməsinin ümumi işə faydasından bəhs ediblər.

Sonra konfransın gündəliyində nəzərdə tutulan məsələlərlə bağlı çıxışlar dinlənilib.

“Cənubi Qafqaz ölkələrində miqrantlar və mobil əhali qrupları arasında İİV/QİÇS və vərəmə yoluxma hallarının aşkar edilməsi, müalicəsi və qarşısının alınması üçün mexanizmlərin təkmilləşdirilməsi” layihəsi BMqT İnkişaf Fondunun maliyyə dəstəyi ilə reallaşdırılır.

Konfransda Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti və digər müvafiq dövlət qurumlarının, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260