SOSİUM

Azərbaycan büdcəsi MM-də ilk dəfə olaraq 3 oxunuşda müzakirə olunacaq
10 OKTYABR
157

Azərbaycan büdcəsi MM-də ilk dəfə olaraq 3 oxunuşda müzakirə olunacaq

2018-10-10 14:10:00

Dövlət büdcəsi noyabrın 13,14,15-də ilk, 23-də və 30-da isə ikinci və üçüncü oxunuşlarda müzakirə olunacaq

Azərbaycanın 2019-cu il üzrə dövlət büdcə zərfi ilk dəfə olaraq Milli Məclisdə (MM) üç oxunuşda müzakirəyə çıxarılacaq.

Eləcə də bax:Elektrik enerjisinin və təbii qazın qiyməti artacaq?- NAZİRDƏN AÇIQLAMA

Fins.az xəbər verir ki, büdcə layihələri komitələrin birgə iclasından keçdiyi halda noyabrın 13-ü, 14-ü və 15-i ilk oxunuşda müzakirəyə çıxarılacaq. Ardınca noyabrın 23-ü isə büdcə paketini ikinci oxunuşda deputatlar müzakirə edəcəklər. İkinci oxunuşda qəbul olunduğu halda isə noyabrın 30-da büdcə layihələri üçüncü oxunuşda müzakirəyə çıxarılacaq.

Buna səbəb müvafiq normativ hüquqi aktlarda edilən dəyişikliklərdir ki, bu, bu kimi layihələrin artıq bir oxunuşda deyil, iki və üç oxunuşda müzakirəsini tələb edir.

Qeyd edək ki, ötən ilə qədər dövlət büdcə zərfi yalnız bir oxunuşda müzakirə olunaraq qəbul edilib

Finans.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256