SOSİUM

Elektrik enerjisinin və təbii qazın qiyməti artacaq?- NAZİRDƏN AÇIQLAMA
09 OKTYABR
2298

Elektrik enerjisinin və təbii qazın qiyməti artacaq?- NAZİRDƏN AÇIQLAMA

2018-10-09 16:33:00

Bu gün Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak ölkənin qiymət artımına qarşı mübarizə proqramını açıqlayıb. 

 Fins.az  xəbər verir ki, nazir bildirib ki, bu ilin sonuna qədər ölkədə elektrik enerjisinin və təbii qazın qiyməti artırılmayacaq. 

Bundan başqa, proqramın icraçı çərçivəsində ət və süd istehsalçılarının 10 məhsulun qiymətindən 10% endirim etməsi, yerli bankların avqustun 1-dən sonra verdikləri kreditlərin illik faiz dərəcələrini 10% azaltması nəzərdə tutulub. 

“Qiymətlərdə normallaşmanın təmin olunacağı mərhələyə keçirik. Tarazlıq müddəti başlayıb. Artıq məzənnədəki dalğalanma geridə qalıb. İndi məqsədimiz məzənnədəki dalğalanmanın mənfi təsir etdiyi qiymətlərdə tarazlığı təmin etməkdir. İnflyasiya ilə təkcə qurumlar, nazirliklər və dövlət deyil, 81 mln. vətəndaş birləşərək mübarizə aparmalıdır. Belə olmasa, bu mübarizə tam olmaz.

 Eləcə də bax: Ancaq bu balıqları ovlamaq olar - SİYAHI

Bütün istehsal, xidmət, tədarük və pərakəndə satış sahəsindəki firmalarla görüşlər keçirdik. Bu görüşlərdə böyük dəstək gördük. Bütün firmaların minimum 10% endirim etmələri və bu endirimi ilin sonuna qədər saxlamaları ilə bağlı razılıq əldə etdik" - deyə, nazir qeyd edib. 

Xatırladaq ki, Türkiyə Beynəlxalq Valyuta Fondunun kreditlərindən imtina edib. 

Report

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254