SOSİUM

3 milyardlıq xidmət
09 OKTYABR
113

3 milyardlıq xidmət

2018-10-09 10:58:00

Yanvar-avqust aylarında paytaxt əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz artaraq 3231,4 milyon manat olub.

Fins.az xəbər verir ki, Bakı Şəhər Statistika İdarəsinin hesablamalarına görə, hüquqi şəxslər tərəfindən əhaliyə 2126,1 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətin ümumi dəyərinin 65,8 faizini təşkil edib.

Qeyri-dövlət sektorunda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,0 faiz artaraq 2544,8 milyon manat olub. 2018-ci ilin yanvar-avqust ayları ərzində hər bir Bakı sakini orta hesabla ayda 163,9 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 5,8 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

 Eləcə də bax:Tarixin ən soyuq qışı yaşanacaq - XƏBƏRDARLIQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258