SOSİUM

Elektrik enerjisinin təchizatında YENİLİK
09 OKTYABR
206

Elektrik enerjisinin təchizatında YENİLİK

2018-10-09 10:43:00

Bakı və Abşeron yarımadasında müasir elektrik enerjisi təchizatının qurulması üçün Almaniyanın "Uniper" şirkəti ilə əməkdaşlığın perspektivləri var və bu şirkətin təcrübəsi tətbiq oluna bilər.

Fins.az xəbər verir ki, bu sözləri energetika nazirinin müavini Natiq Abbasov Alman-Azərbaycan Xarici Ticarət Palatasının təşkilatçılığı ilə oktyabrın 9-da Bakıda keçirilən Alman-Azərbaycan biznes forumunda deyib.

Nazir müavini enerji sahəsində Azərbaycan-Almaniya əməkdaşlığının inkişafında “Uniper” şirkətinin rolundan bəhs edib. O, enerji sahəsində əlaqələrin genişləndirilməsi üçün alternativ və bərpaolunan enerji mənbələri üzrə əməkdaşlıq potensialı, eləcə də energetika sektorunda aparılan islahatlarda Almaniya təcrübəsinin tətbiqindən danışıb.

N.Abbasov iki ölkə arasında əlaqələrin mövcud səviyyəsinin iqtisadi, xüsusilə enerji əməkdaşlığının genişləndirilməsi üçün əlverişli imkanlar yaratdığını bildirib.

O, "Şahdəniz-2” çərçivəsində hasil ediləcək qazın alıcılarından birinin “Uniper” olduğu xatırladılaraq, Azərbaycan qazının Avropaya tədarükündə Cənub Qaz Dəhlizinin əhəmiyyətini vurğulayıb.

Forum Almaniyanın Şərq Komitəsi və Şərqi Avropa İqtisadi Birliyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunub. Builki forumun əsas mövzusunu enerji və İKT sektorlarında islahatlar və rəqəmsal transformasiya, o cümlədən tərəfdaşlıq üçün perspektivlər təşkil edir.

Forumda Azərbaycan hökumətinin, o cümlədən yerli və alman şirkətlərinin nümayəndələri iştirak edir. Biznes forumun əsas məqsədi alman şirkətləri və onların Azərbaycanlı tərəfdaşlarının layihə və təkliflərini təqdim etmək, müvafiq sahələrdə işgüzar əməkdaşlıq qurmaq üçün mövcud imkanları müəyyən etməkdir.( AZƏRTAC)Ə 

Eləcə də bax:Hərbçilərin ailələri birdəfəlik müavinəti ala bilər - SABAHDAN

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9368
  • ₽ RUB
    0.0259