SOSİUM

Tarixin ən soyuq qışı yaşanacaq - XƏBƏRDARLIQ
08 OKTYABR
5412

Tarixin ən soyuq qışı yaşanacaq - XƏBƏRDARLIQ

2018-10-08 12:06:00

NASA-nın nəşr etdiyi yeni iqlim araşdırması hesabatına görə, yaz fəslini rekord istilərlə bağlayan dünya, tarixi bir soyuq hava şəraiti yaşayacaq. Hətta bu soyuqlar, içində olduğumuz Kosmos Çağının “Buzlaq Çağı” olaraq xatırlanmasına gətirib çıxaracaq qədər təsirli ola biləcək.

Fins.azModern.az-a istinadla  xəbər verir ki, mütəxəssislər Günəşin ən xarici layındakı Günəş ləkələrini və dünyanın ən üst atmosfer təbəqəsi Termosferi araşdırıb. Nəticədə Termosferin soyuyub daraldığı, Günəş  ləkələrinin qeyd edilmiş ən aşağı hərəkətlilikdə olduğu təyin olunub.

11 illik dövrlər halında azalıb çoxalan bu ləkələr, iqlim şəraitində təyinedici rol oynayır. Ləkələrin az və ya  heç olmaması Yerin temperaturuna  təsir göstərir.

Məlumata görə, Termosfer Günəşdə olan ləkə hərəkətliliyi yüksək olduqda temperatur isti, az olduqda soyuq olur. Mütəxəssislər Günəşdə bənzər bir yuxu mərhələsinə 18-ci əsrdə rast gəlindiyini, o dövrün tarixdə  “Mini Buzlaq Çağı” olaraq yadda qaldığını xatırladaraq proses belə davam edərsə, bir neçə ay ərzində Kosmos Çağının rekord soyuğuna hazırlıqlı olmağımızı qeyd ediblər.

 Eləcə də bax:Səyyar ASAN xidmət bu ərazildə fəaliyyət göstərəcək

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259