SOSİUM

Dəfnlə bağlı bir sıra yeni qaydalar təsdiq edildi - Cərimələr var
05 OKTYABR
471

Dəfnlə bağlı bir sıra yeni qaydalar təsdiq edildi - Cərimələr var

2018-10-05 13:16:00

Azərbaycanda dəfnlə bağlı bir sıra yeni qaydalar təsdiq edilib.

Fins.az Trend-in məlumatına görə bildirir ki,  bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.

Məcəlləyə yeni 516-1 (Qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulması) maddəsi əlavə olunur.

Maddəyə əsasən, dəfn barədə məlumatın dəfnlərin vahid reyestrində yerləşdirilməməsinə və ya vaxtında yerləşdirilməməsinə görə vəzifəli şəxslər 100 manatdan 300 manatadək məbləğdə cərimə edilirlər.

Qəbir yerlərinin rezervasiyası tələblərinin pozulması, dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə görə 500 manatdan 1000 manatadək məbləğdə cərimə tətbiq edilir.

Məcəlləyə əlavə edilən yeni – 516-1-ci (Qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulması) maddəsinin 2-ci bəndinə əsasən, qəbiristanlıqların qorunması tələblərinin, habelə dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normalarının pozulmasına görə fiziki şəxslər 20 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə olunacaqlar.

 Eləcə də bax:Növbəti dörd günün hava proqnozu açıqlanıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260