SOSİUM

“Aptekdə adi içməli su satılsa, ora market olar” – Deputatdan AÇIQLAMA
04 OKTYABR
274

“Aptekdə adi içməli su satılsa, ora market olar” – Deputatdan AÇIQLAMA

2018-10-04 11:14:00

Respublikada fəaliyyət göstərən apteklərdə qablaşdırılmış içməli su satılmır. Bu isə müxtəlif növ dərmanları, ağrıkəsiciləri, həbləri qəbul edib, istifadə edən vətəndaşlar arasında narazılıq yaradır. Xüsusilə, sosial şəbəkələrdə müşahidələrimiz göstərir ki, insanlar dərman qəbul etmək üçün apteklərdə kiçik ölçüdə olan içməli suyun satılmasının tərəfdarıdır.

Qanunvericikdə müəyyən olunan tələblərə görə, aptekin əsas vəzifəsi əhaliyə və müalicə-prоfilaktik müəssisələrinə həkim resepti əsasında hazırlanmış, hazır dərman vasitələrini, eləcə də dərman bitkilərini, uşaq və dietik qida məhsullаrını, müalicəvi mineral sularını, kosmetik vasitələrini, optika ləvazimatlarını və sаir аnаlоji mаllаrı pərаkəndə ticаrət qаydаsındа satmaqdır.

Fins.az xəbər verir ki, bu barədə Modern.az-a danışan Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev isə apteklərdə adi içməli suyun satılmasını müzakirə olunmalı məsələ hesab etmir. Deputatın fikrincə, bununla bağlı Milli Məclisdə məsələ qaldırmağa da ehtiyac yoxdur:

“Apteklərdə müalicəvi vasitələr və dərmanlar satılır. Əgər aptekdə adi içməli su satılsa, artıq aptek yox, market olar.  Ona görə, müalicəvi mineral sulara icazə olsa da, adi suların aptekdə satılmasına yol verilmir.

Mütləqdir ki, insanlar aldığı dərmanı aptekdə qəbul etsin? Bu az rast gəlinən tələbatdır. Onsuz da, demək olar, hər küçədə martket və ya köşk var”-deyə o bildirib.

Musa Quliyev qeyd edib ki, vətəndaşlar dərmanı aptekdən alıb, içmək üçün suyu isə ətrafdakı müvafiq obyektlərdən əldə edərək, problemi aradan qaldıra bilərlər.

“Amma xüsusilə qeyd etmək istəyirəm ki, hər hansı şəxs, yaşlı insan dərman içmək üçün aptekdən bir stəkan su xahiş edirsə, aptek işçiləri mütləq su verirlər. Ona görə, narahatlığa əsas yoxdur”.

 Eləcə də bax:İcazəsiz balıq ovlayan şəxs saxlanılıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256