SOSİUM

Dövlət Gömrük Komitəsindən əlil arabası ilə bağlı AÇIQLAMA
03 OKTYABR
209

Dövlət Gömrük Komitəsindən əlil arabası ilə bağlı AÇIQLAMA

2018-10-03 16:40:00

Dövlət Gömrük Komitəsi (DGG) gömrük orqanlarının Azərbaycan vətəndaşı, 1-ci qrup əlil Tural Əliyevdən 2016-cı ildə xaricdən sifariş etdiyi əlil arabasına görə 3 il sonra gömrük rüsumu tələb etməsi barədə mətbuatda yayılmış məlumatlara münasibət bildirib. 

Fins.az "Report"-a istinadən xəbər verir ki, Komitə xaricdən gətirilən əlil arabalarına görə ödəniləcək gömrük vergi və rüsumları ilə bağlı mövcud qanunvericilikdə hər hansı güzəştin nəzərdə tutulmadığını bəyan edib. 

"T.Əliyevin 2016-cı ildə gətirdiyi əlil arabası isə istisna hal kimi gömrük rüsumu alınmadan rəsmiləşdirilib", - deyə qurumun açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, son dövrlərdə gömrük sahəsində maliyyə-vergi intizamının daha da gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində gömrük vergi və rüsumlarını ödəməyən şəxs və qurumlara yenidən müraciətlər olunur. Belə müraciətlərdən biri də Tural Əliyevə edilib.

"Bu istiqamətdə hər hansı qanun pozuntusuna yol verilməyib. Belə ki, Gömrük Məcəlləsinin 249.1. maddəsinə əsasən, ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. Konkret T.Əliyevin gətirdiyi əlil arabası ilə bağlı fakt üzrə isə sənədləşmə yenidən nəzərdən keçirilib və məsələ DGK rəhbərliyinin xüsusi tapşırığı ilə artıq birdəfəlik müsbət həllini tapıb", - deyə məlumatda qeyd olunub. 

Eləcə də bax: Hava kəskin dəyişəcək - DOLU DÜŞƏCƏK

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256