SOSİUM

DİM zal nəzarətçilərinin fəaliyyətini niyə sertifikatlaşdırır?
03 OKTYABR
101

DİM zal nəzarətçilərinin fəaliyyətini niyə sertifikatlaşdırır?

2018-10-03 14:32:00

Dövlət İmtahan Mərkəzi zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması məqsədilə namizədlərin elektron qeydiyyatına başlayır.

Mərkəzdən Fins.az-a verilən məlumata görə, imtahanların məzmun, model və texnologiya və baxımından müxtəlifliyi zal nəzarətçilərinin fəaliyyətinin təkmilləşdirilməsini, peşəkarlıq səviyyəsinin yüksəldilməsini və ictimaiyyətin daha geniş hissəsinin imtahan prosesinə zal nəzarətçisi qismində cəlb edilməsini tələb edir. Bu tələbin qarşılanması məqsədilə zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması zərurəti meydana gəlib.

Sertifikat almaq üçün Azərbaycan vətəndaşı olan, məhkumluğu olmayan, ali təhsilli, tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq hər hansı bir təşkilatda hal-hazırda işləyən (və ya iş yerinin olub-olmamasından asılı olmayaraq pedaqoji profilli ixtisaslar üzrə bakalavr ixtisas dərəcəsi olanlar), yaşı 25-40 (cari zal nəzarətçiləri bazasında olanlar üçün 25-55) arasında olan və fiziki cəhətdən sağlam olan şəxslər müraciət edə bilərlər.

Zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması prosesi ödənişlidir. İlk olaraq namizədlər Dövlət İmtahan Mərkəzinin internet səhifəsinə daxil olaraq “Şəxsi kabinet” açmalı və daha sonra buradan qeydiyyatdan keçməlidirlər. Qeydiyyat və müsahibə mərhələsi ödənişsizdir.

İlkin mərhələdə namizədin sənədləri yoxlanır və təhsili, fəaliyyəti, iş təcrübəsi və s. dəqiqləşdirilməsi ilə bağlı ilkin müsahibədən keçirilir. Müsahibənin nəticəsi müsbət olduqda namizəd ümumi intellekt səviyyəsinin və psixoloji vəziyyətinin yoxlanılması üçün nəzərdə tutulan məntiq və psixometrik suallardan ibarət test imtahanına dəvət edilir. Test imtahanının vaxtı və yeri ilə bağlı məlumat namizədin şəxsi kabinetində yerləşdirlir (və ya e-mailinə, mobil telefonuna bildiriş göndərilir). Test imtahanında iştirak ödənişlidir və 10 manat təşkil edir. Ödəniş şəxsi kabinet vasitəsilə həyata keçirilir.

 Eləcə də bax: Əhali işıq pulun necə ödəyəcək?

İlkin test imtahanından uğurla keçən namizədlər təlimlərə cəlb edilir. İntellekt səviyyəni yoxlayan test imtahanından 60% müsbət nəticə göstərməyən ya psixometriya testlərinin nəticəsi məqbul olmayan namizədlər növbəti mərhələyə buraxılmır.

Təlimlər iki günlük- intensiv formada təşkil olunacaq. Təlimin birinci günü ASAN Təlim-Tədris mərkəzi ilə birgə, ikinci günü və yekun imtahan mərhələsi isə Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək.

Təlimlərdə iştirak ödənişlidir və 50 manat təşkil edir. Namizəd təlimləri uğurla başa vurduqdan sonra yekun imtahandan keçir. İmtahandan 60% müsbət nəticə göstərərək uğurla keçənlər Dövlət İmtahan Mərkəzinin elektron nəzarətçilər bazasına zal nəzarətçisi statusu ilə və müvafiq kateqoriya alaraq daxil edilir, 85%-100% nəticə göstərənlər “A”, 60%-84% nəticə ğöstərənlər isə “B” kateqoriyası alırlar. İmtahanlara təyinat zamanı fəaliyyəti sertifikatlaşdırılmış nəzarətçilərə üstünlük veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260