SOSİUM

Gömrükdə ekspert rəy verməkdən imtina edəcək?
02 OKTYABR
158

Gömrükdə ekspert rəy verməkdən imtina edəcək?

2018-10-02 17:29:00

Gömrük Məcəlləsinə dəyişikliklər edilməsi təklif edilir.

Fins.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, Məcəlləyə dəyişiklik  “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunun icrası məqsədi ilə hazırlanıb. Bu məqsədlə Məcəllənin 325.1.5 və 323.1.6-cı maddələrinin ləğv edilməsi təklif olunur. Gömrük Məcəlləsinin sözügedən bəndlərində ekspert səlahiyyətlərinə aid olmayan sualları cavablandırmaqdan imtina etmək, 323.1.6-cı maddəsində isə təqdim olunan materiallar və sənədlər əsasında rəy vermək mümkün olmadıqda , gömrük ekspertizanı aparmaqdan imtina etmək qeyd olunmuşdu. Hazırda isə Məcəllənin sözügüdən maddələrinin ləğv edilməsi təklif edilir.

Bundan əlavə,  Məcəlləyə 323.2-1 ci bənd əlavə edilir. Həmin bəndə əsasən ekspert qarşısında qoyulan suallar onun xüsusi biliyindən kənara çıxdıqda, yaxud təqdim olunan materiallar və sənədlər rəy verilməsi üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda, ekspert rəy verməkdən imtina edir.

 Eləcə də bax:Bakı meriyası yoxlama komissiyası YARATDI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260