SOSİUM

Balıq ovlayanlar niyə saxlanılır?
02 OKTYABR
112

Balıq ovlayanlar niyə saxlanılır?

2018-10-02 09:37:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən növbəti reyd keçirilib.

Nazirlikdən  Fins.az-a verilən məlumata görə, reyd zamanı Şəmkir və Yenikənd su anbarlarının sol sahillərində icazəsiz balıq ovlayan şəxslər saxlanılıb.

Araşdırma zamanı icazəsiz ov edən şəxslərin Şəmkir rayon sakini Elşən Əhmədov və Gəncə şəhər sakini Nüsrət Eminov olduğu müəyyən edilib. Onlardan müxtəlif növ balıqlar, ov alətləri, rezin və taxta qayıq götürülüb.

Balıq ehtiyatına vurulan ziyan hesablanaraq təqsirkarlar barəsində ümumilikdə 847 manat məbləğində iddia qaldırılıb.

Dəyən ziyan cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.

 Eləcə də bax:Bundan sonra qanunla yas və toy mərasimlərimizi necə təşkil edək? - DEPUTAT DANIŞDI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260