SOSİUM

Bakıda ən çox və ən az maaş alanlar bəlli oldu
29 SENTYABR
1230

Bakıda ən çox və ən az maaş alanlar bəlli oldu

2018-09-29 17:27:00

Bakıda işçlilərin orta aylıq əməkhaqqı açıqlanıb. Fins.az-ın məlumatına görə, Bakı Statistika İdarəsindən “Finans.az”a verilən məlumata görə, 2018-ci ilin yanvar-iyul aylarında paytaxtda əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 1,5 faiz artaraq 789,9 manat olub.

Hesabat dövründə ən yüksək orta aylıq əmək haqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə, ən aşağı əmək haqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260