SOSİUM

Bu gün Bakının bu rayonunda qaz olmayacaq
26 SENTYABR
564

Bu gün Bakının bu rayonunda qaz olmayacaq

2018-09-26 09:40:00

Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq. Bakının Nizami rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

“Azəriqaz” İstehsalat Birliyindən Fins.az-a bildirilib ki, payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər planına əsasən, yararsız qaz xətlərinin yeni borularla əvəz edilməsi, həmçinin Nizami rayonu, Qara Qarayev 102 ünvanında diametri 325 millimetrlik qaz xəttinin korroziyaya uğramış hissəsinin yeni çəkilmiş polietilen 315 millimetrlik qaz xəttinin mənbəyə birləşdirilməsi ilə əlaqədar sentyabrın 26-da saat 09:00-dan təmir işləri tamamlananadək Nizami rayonu, Qara Qarayev E.Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A.Manafov və Nəvai küçələrinin bir hissəsində təbii qazın verilişində məhdudiyyət olacaq.

Zəruri təmir işləri aparıldığı zaman Binəqədi və Biləcəri qəsəbələrində, eləcə də Abşeron rayonunun Ceyranbatan və Saray qəsəbələrinin bir hissəsinin qaz təchizatına fasilə yaranması mümkündür.

“Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256