SOSİUM

Dövlət Gömrük Komitəsi 3 istiqamətdə islahatlar aparır
25 SENTYABR
220

Dövlət Gömrük Komitəsi 3 istiqamətdə islahatlar aparır

2018-09-25 13:08:00

Dövlət Gömrük Komitəsi 3 istiqamətdə islahatlar aparır.

Fins.az Modern.az-ın xəbərin əsasən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev sentyabrın 25-də Qusarda KİV nümayəndələri üçün nəzərdə tutulan "Gömrük İslahatları və Modernləşdirilmə" mövzusunda təşkil edilən təlimin açılış mərasimində deyib.

O bildirib ki, bu islahatlar beynəlxalq standartlara cavab verən Avropa modelinin tətbiqinə, çevik idarəetmə sisteminin formalaşdırılmasına və nəzarət sistemindən xidmət sisteminə keçidə imkanlar yaradır. Komitə tərəfindən aparılan 3 istiqamətdə islahatlara "Gömrük-Biznes", "Gömrük-Hökumət", "Gömrük-Gömrük" daxildir.

Sədr müavini gömrüyün fəaliyyətində dördüncü bir istiqamətin isə "Gömrük-Media" olmasını istədiyini qeyd edib.

İqbal Babayev elektron ticarət nəticəsində yığılan rüsumların məbləğini də açıqlayıb. Deyib ki, 2018-ci ilin yanvar-sentyabr aylarında Dövlət Gömrük Komitəsi tərəfindən elektron ticarətdən 400 min manatdan çox gömrük rüsumu yığılıb.

O bildirib ki, 2016-cı ildə elektron ticarətdən 19 min, 2017-ci ildə isə 16 min manat yığılıb.

İ.Babayevin sözlərinə görə, artıma səbəb bu istiqamətdə aparılan ardıcıl islahatlardır:

"Hazırda komitə 3 istiqamətdə islahatlar aparır. Əsas məqsəd rüşvət və korrupsiyanın qarşısını almaqdır. İslahatlar beynəlxalq standartlara uyğun həyata keçirilir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260