SOSİUM

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb
24 SENTYABR
122

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

2018-09-24 12:01:00

Yanvar-avqust aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,8 faiz artaraq 5436,0 milyon manat olub.

Fins.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 4006,3 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 73,7 faizini təşkil edib.

Cari ilin yanvar-avqust aylarında hər bir ölkə sakini orta hesabla 554,5 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 23,1 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259