SOSİUM

İşçiləri müqaviləsiz işlədənlər də “radara düşəcək” – YENİLİK
21 SENTYABR
919

İşçiləri müqaviləsiz işlədənlər də “radara düşəcək” – YENİLİK

2018-09-21 12:57:00

Azərbaycanda işçiləri müqaviləsiz işlədən şirkətləri olduqca xoşagəlməz sürpriz gözləyir. Yaxın vaxtlardan etibarən əmək qanunvericiliyini pozan, yəni işçiləri müqaviləsiz işlədən və həyatını sığortalamayan şirkətlər video və foto qurğularla qeydə alınacaq və onlara qarşı elektron protokollar tətbiq ediləcək.
Ölkədə əmək, məşğulluq, sosial sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələrdən sığorta sahəsində pozuntuların aşkar edilməsi, eləcə də qeyri-formal məşğulluğa qarşı mübarizə məqsədilə qanunvericiliyə dəyişikliklər üçün təkliflər hazırlanıb.

Fins.az fed.az-a  istinadən xəbər verir ki, Nazirlik bununla əlaqədar olaraq İnzibati Xətalar Məcəlləsində dəyişikliklərin layihəsini hazırlyaraq Nazirlər Kabinetinə təqdim edilib. Layihəyə əsasən əmək, məşğulluq, sosial sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələrdən sığorta hallarının pozulması ilə bağlı inzibati xətalar foto və ya video qurğularla çəkildikdə, və ya elektron informasiya ehtiyatları vasitəsi ilə aşkar edildikdə protokolun tərtib edilməsi və icraatın aparılması qaydası müəyyən edilib.

Nazirlikdən verilən məlumata görə, bunun üçün əlaqədar dövlət orqanlarının və digər qurumların elektron informasiya ehtiyatları nazirliyin mərkəzi informasiya sistemi ilə inteqrasiya olunmalıdır. Hərçənd elə indi də, ölkədə əmək, məşğulluq, sosial sığorta və sığortanın digər növləri üzrə elektron informasiya resursları mövcuddur. Və bu resurslar nəzarət tədbirlərinin sahibkarları narahat etmədən və obyektlərə getmədən nəzarət etməyə, pozuntular olduqda isə onu aşkar etməyə imkan verir.

Nazirlikdən bildirilib ki, əmək, məşğulluq, sosial sığorta sahəsində nəzarət tədbirləri əsasən sahibkarlıq subyektləri ilə ünsiyyət yaratmadan elektron informasiya ehtiyatlarının məlumatları əsasında həyata keçirilməlidir. Bunun üçün elektron nəzarət sistemi yaradılmalı və risk meyarları müəyyən edilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256