SOSİUM

Bakı Meriyasına yeni təyinat
20 SENTYABR
458

Bakı Meriyasına yeni təyinat

2018-09-20 14:38:00

Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri Rasim Quliyevin tutduğu vəzifədən azad edilib. 

Fins.az xəbər verir ki, Rasim Quliyev Modern.az-a özəl açıqlamasında faktı təsdiqləyib.

O qeyd edib ki, öz istəyilə tutduğu vəzifədən azad edilib:

“Bəli, öz xahişimlə Aparat rəhbəri vəzifəsindən azad edilmişəm və Bakı Şəhər İcra Hakimiyyətinin Xarici Əlaqələr Departamentinə sədr təyin olunmuşam”.

R.Quliyev bildirib ki, artıq Aparat rəhbəri vəzifəsinə təyinat da olub:

“Yeni Aparat rəhbəri Elçin Həbibullayevdir. Gənc, perspektivli, intellektual kadrdır. Əvvəllər Bakı Şəhər İcra Hakimiyyətində çalışmayıb, yeni təyinatdır. Vəzifəsinin öhdəsindən layiqincə gələcəyinə əminəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255