SOSİUM

Sabah hava yağmursuz olacaq
20 SENTYABR
148

Sabah hava yağmursuz olacaq

2018-09-20 14:11:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən Fins.az xəbər verir ki,

Bakıda və Abşeron yarımadasında Sentyabrın 21-dəhava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı,əsasən yağmursuz keçəcəyi gözlənilir.Gün ərzində mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə1 7-20, gündüz 25-28, Bakıda gecə18-20, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 60-70,gündüz 40-45 faiz olacaq.

Azərbaycanın rayonlarında isə Sentyabrın 21-dəhava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi dağlıq rayonlarda duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz  26-31, dağlarda gecə 7-12, gündüz  15-20 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Sentyabrın 21-də Abşeron yarımadasında biometeoroloji amillərin iqlim norması daxilində tərəddüdü gözlənilir ki,  bu da meteohessas insanlar üçün əlverişlidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260