SOSİUM

Ramin Quluzadə Avstriyanın vitse-kansleri ilə innovasiya proqramlarının tətbiqini müzakirə edib - FOTO
19 SENTYABR
165

Ramin Quluzadə Avstriyanın vitse-kansleri ilə innovasiya proqramlarının tətbiqini müzakirə edib - FOTO

2018-09-19 16:50:00

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Bakıda səfərdə olan Avstriya Respublikasının vitse-kansleri, dövlət qulluğu və idman üzrə federal naziri Haynts-Kristian Ştraxenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Fins.az xəbər verir ki,  Görüşdə nəqliyyat və telekommunikasiya sahəsində əlaqələrin genişləndirilməsi müzakirə olunub.

Nazir Ramin Quluzadə qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə görülən işlər Azərbaycanın mühüm əhəmiyyətli nəqliyyat qovşağına çevrilməsinə, informasiya texnologiyalarının bütün sahələrdə tətbiqinin genişləndirilməsinə və bu istiqamətlər üzrə beynəlxalq əlaqələrin möhkəmlənməsinə səbəb olub.

Azərbaycanın bir çox beynəlxalq layihələrin təşəbbüskarı və əsas iştirakçısı olduğunu vurğulayan nazir, ölkəmizdə nəqliyyat və İKT sektorunda aparılan islahatlar, həyata keçirilən regional və yerli əhəmiyyətli layihələr, planlaşdırılan işlər barədə nümayəndə heyətinə ətraflı məlumat verib.

Görüş zamanı nəqliyyat, innovasiyalar və texnologiyalar sektorunda investisiyaların və birgə müəssisələrin təşviqi, eləcə də, innovasiya proqramlarının tətbiqi üzrə təcrübə mübadiləsinin əhəmiyyəti qeyd olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259