SOSİUM

Avqust ayında vergi orqanlarına daxil olmuş müraciətlərin sayı açıqlandı
19 SENTYABR
109

Avqust ayında vergi orqanlarına daxil olmuş müraciətlərin sayı açıqlandı

2018-09-19 15:05:00

Cari ilin avqust ayı ərzində vergi orqanlarına daxil olmuş 7926 müraciətin 83,8 faizi ərizə, 16,1faizi şikayət, 0,2 faizi isə təklif xarakterli olub. Ümumilikdə ötən ilin müvafiq dövrü ilə müqayisədə 926 müraciət və ya faiz nisbəti ilə 10,5 faiz azalma qeydə alınıb.

Bu barədə Fins.az-a  Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən bildirilib.

Daxil olmuş müraciətlərin 38,6 faizi müxtəlif arayışların alınması, 33,1 faizi kameral vergi yoxlamaları, 8 faizi vergi borcları, 3,7 faizi vergidən yayınma, qanunsuz sahibkarlıq fəaliyyəti, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 2,1 faizi ƏDV, 1,7 faizi vergi qanunvericiliyinin tətbiqi, 1,3 faizi səyyar vergi yoxlamaları, digər müraciətlər vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), operativ vergi nəzarəti tədbirləri, korrupsiya hüquqpozmaları və digər məsələlərlə bağlı olub.

Baxılmış müraciətlərdən 75,9 faizi tam, 0,2 faizi qismən müsbət həll edilib, 20,7 faizi barədə müvafiq izahatlar verilib, 0,9 faizi əsassız sayılıb, 1,6 faizi baxılmamış saxlanılıb, 0,7 faizi aidiyyəti üzrə göndərilib, 0,1 faizi ilə bağlı icraata xitam verilib. Müraciətlərin 22,2 faizi isə icradadır.

Müsbət həll olunmuş müraciətlərin 58,6 faizi müxtəlif arayışların alınması, 18,6 faizi kameral vergi yoxlamaları, vergi borcları, qalanları isə digər məsələlərlə bağlı olub.

Həmin dövrdə vergi orqanlarının aidiyyəti struktur bölmələrinin və vahidlərinin rəhbərləri və digər vəzifəli şəxsləri tərəfindən ümumilikdə 292 vətəndaş qəbul edilib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanuna müvafiq izahatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260