SOSİUM

“Azəriqaz” səyyar xidmət göstərəcək
19 SENTYABR
161

“Azəriqaz” səyyar xidmət göstərəcək

2018-09-19 10:04:00

“Azəriqaz” İstehsalat Birliyi (İB) oktyabrın 2-dən Ramana qəsəbəsində səyyar avtomobillər vasitəsilə xidmət göstərəcək.

İB-dən Fins.az-a bildirilib ki, avqustun 14-dən etibarən səyyar “ASAN xidmət” çərçivəsində “Azəriqaz” tərəfindən Sabunçu rayonu, Zabrat qəsəbəsində səyyar formada xidmətlər həyata keçirilir. Xüsusi tərtibatla hazırlanmış səyyar avtomobillər vasitəsilə birbaşa kütləvi sayğac dəyişikliyi olan ərazilərdə abonentlərə tam şəkildə “ASAN Kommunal” standartlarına uyğun xidmət göstərilməsi təmin edilir (Zabrat qəsəbəsində icra nümayəndəliyi binasının yanında xidmətin müddəti sentyabrın 29-dək davam edəcək). Oktyabrın 2-dən isə Ramana qəsəbəsində xidmət göstəriləcək.

İstehlakçılar bu layihə çərçivəsində itirilmiş və zədələnmiş smart kartın bərpası, borc və ödəniş barədə arayışların verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi, koda düşmüş kartların bərpası, zədələnmiş sayğacla bağlı ödənişin qəbulu da daxil olmaqla ümumilikdə 20 növ xidmətdən yararlana bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259