SOSİUM

Nazirlikdən məşğulluq orqanlarına sərt tələblər qoyulub
18 SENTYABR
247

Nazirlikdən məşğulluq orqanlarına sərt tələblər qoyulub

2018-09-18 14:03:00

Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası ölkənin dinamik tərəqqisi şəraitində yeni iş yerlərinin açılmasının daimi xarakter almasına, əhalinin səmərəli məşğulluğunun təminatı istiqamətində dövlət siyasətinin güclənməsinə şərait yaradıb". 

Fins.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əhalinin səmərəli məşğulluğunun təmin olunması, işsiz və işaxtaran şəxslərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirlərin səmərəliliyinin və şəffaflığının artırılması istiqamətində təkliflərin hazırlanması üzrə nazirlikdə yaradılmış İşçi Qrupunun iclasında bildirib.

S.Babayev yeni qüvvəyə minmiş “Məşğulluq haqqında” qanundan irəli gələn məsələlər barədə məlumat verərək bildirib ki, bu qanun əhalinin məşğulluğunun təminatı, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi sahəsində aparılan dövlət siyasətinin və məşğulluq xidmətlərinin təkmilləşməsinə, bu sahədə innovativ yanaşmaların tətbiqi ilə səmərəli iş mexanizmlərinin formalaşdırılmasına, aktiv əmək bazarı proqramlarının genişləndirilməsinə xidmət edir. Nazir yeni qanunda məşğulluq xidmətlərinin əsasən elektron müstəvidə təşkilinin irəli sürüldüyünü diqqətə çatdıraraq bildirib ki, qanun məşğul şəxslərin vahid informasiya bazasının yaradılması üçün onların reyestrinin elektron formada aparılmasını, həmçinin işəgötürənin boş olan və işçi tələb edilən iş yerləri, habelə yeni yaradılan iş yerləri üzrə elektron informasiya ehtiyatı kimi vakansiya bankının yaradılmasını və s. halları nəzərdə tutur. Yeni qanuna əsasən, işsiz və işaxtaran şəxslərin qeydiyyata alınması proseduru da elektron qaydada həyata keçiriləcək. Sahil Babayev Prezidentin “Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” 5 sentyabr 2018-ci il tarixli Fərmanına uyğun olaraq məşğulluq tədbirləri ilə bağlı xidmətlərin elektron şəkildə həyata keçirilməsi məqsədi ilə məşğulluq altsisteminin yaradılması istiqamətində işlərin sürətləndiyini qeyd edib. "Görülmüş bu işlər son nəticədə məşğulluq xidmətlərinin daha şəffaf və əlçatan olması, həmçinin qeyri-rəsmi məşğulluqla mübarizədə effektiv nəticələr verəcək", - nazir bildirib.

Prezident İlham Əliyevin tapşırıqları əsasında icra olunan özünüməşğulluq proqramının əhəmiyyətindən danışan S.Babayev deyib ki, bu proqramla işsiz və işaxtaran şəxslərin ailə bizneslərini qurması, əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərini artırması, həmçinin kiçik və orta sahibkarlığın inkişafı təmin olunur. İlin sonuna qədər ən azı yeddi min ailənin bu proqrama cəlb edilməsi qarşıya qoyulmuş hədəfdir. Bununla bağlı məşğulluq orqanları qarşısında sərt tələblər qoyulub.

S.Babayev diqqətə çatdırıb ki, aparılan işlər çərçivəsində “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” (2018-2030-cu illər)” layihəsinin artıq təkmil şəkildə son versiyası hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Həmçinin "Məşğulluq haqqında" qanuna əsasən, Dövlət Məşğulluq Xidməti üçün xidmət keyfiyyətinin ölçülməsi indikatorları hazırlanıb. Peşə standartlarının hazırlanması, təsdiqi və tətbiqi ilə bağlı normativ sənədlər paketinin formalaşdırılması üçün zəruri layihələr hazırlanaraq aidiyyəti dövlət orqanlarına razılaşdırmaq üçün göndərilib.

İclasda əmək bazarının səmərəli tənzimlənməsi istiqamətində tədbirlər, normativ hüquqi aktların yeni qanuna uyğunlaşdırlması üçün görülən işlər, aktiv məşğulluq tədbirlərinin səmərəliliyinin artırılması üçün hazırlanan təkliflər, beynəlxalıq əməkdaşlıq müstəvisində icra olunan layihələr və s. müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259