SOSİUM

Milli Məclis bütün komitə iclasları ləğv etdi
18 SENTYABR
263

Milli Məclis bütün komitə iclasları ləğv etdi

2018-09-18 12:17:00
Milli Məclisin (MM) rəhbərliyi bir neçə gündən sonra öz işinə start verəcək 2018-ci il payız sessiyası ilə bağlı parlamentin komitə iclalarının təxirə salınması barədə göstəriş verib.

Fins.az xəbər verir ki, bu, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Parlamentinin 100 illik yubileyi ilə bağlı parlamentin ayın 21-də keçiriləcək xüsusi və təntənəli iclası ilə bağlıdır.

Məlumata görə, parlament rəhbərliyi bütün diqqətin bu yubliey tədbirinin yüksək səviyyədə keçirilməsinə yöndərilməsi üçün tapşırıq verib.

Odur ki, MM-in bu həftəyə təyin edilmiş bütün komitə iclasları, o cümlədən, bu günə təyin olunmuş Səhiyyə, İqtisadi siyasət, Sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin, o cümlədən, Regional məsələlər, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin iclasları ləğv edilib və gələn həftəyə planlaşdırılıb.

Qeyd edək ki, xüsusi və təntənəli iclsda Azərbaycan prezidenti İlham Əliyevin, o cümlədən, 14 ölkənin parlament sədrinin iştirakı gözlənilir.

Mənbə: Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259