SOSİUM

Deputatların işləri artacaq
18 SENTYABR
119

Deputatların işləri artacaq

2018-09-18 12:10:00
Milli Məclisin (MM) qarşıdan gələn 2018-ci il payız sessiyasında qanun layihələrinin müzakirəsi və qəbul prosedurunda bir sıra yeniliklərin edilməsi gözlənilir.

Fins.az xəbər verir ki, artıq payız sessiyasından etibarən təkcə yeni qanun layihələri deyil, həm də qanunlara, məcəllələrə dəyişiklikləri, əlavələri nəzərdə tutan qanunvericilik sənədləri də üç oxunuşdan keçiriləcək və üçüncü oxunuşda bütövlükdə qəbul olunaraq, hüquqi qüvvəyə minməsi üçün ölkə prezidentinə göndəriləcək.

Qeyd edək ki, indiyə kimi, ancaq yeni qanun layihələri üç oxunuşdan keçirilərək, qəbul olunurdu, qanunlara, məcəllələrə dəyişikliklər isə cəmi bir oxunuşdan keçirilərək, qəbul edilirdi.

Yalnız Konstitusiya qanunlarında dəyişikliklər iki dəfə səsverməyə çıxarılırdı. Bununla yanaşı, millət vəkillərinin çıxışları, replikaları ilə bağlı vaxt məsələsində də yeniliklərin tətbiqi gözlənilir.

Onu da qeyd edək ki, yeni prosedurlar 2016-cı ilin sentyabr ayının 26-da ölkə Konstitusiyasına referendum yolu ilə edilmiş bir sıra dəyişikliklərlə bağlıdır.

Bir sözlə, millət vəkillərinin işi bir qədər də artmış olacaq.

 Mənbə:Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260