SOSİUM

İstirahət günlərində səyahətə çıxanlar üçün HAVA PROQNOZU
14 SENTYABR
170

İstirahət günlərində səyahətə çıxanlar üçün HAVA PROQNOZU

2018-09-14 17:40:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, sentyabrın 15-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilsə də, sentyabrın 16-da gecə və axşam bəzi yerlərdəyağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Havanın maksimal temperaturu dağətəyi rayonlarda 27-32, dağlıq rayonlarda 19-24 dərəcəisti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində gündüz saatlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşambəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Havanın maksimal temperaturu 28-33, dağlıq rayonlarda 20-25 dərəcəisti təşkil edəcək.

Aran rayonlarındaəsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu30-35 dərəcəisti təşkil edəcək.

Naxçıvan MR-daəsasən yağmursuz hava şəraiti müşahidə olunacaq.Havanın maksimal temperaturu 31-36 dərəcəisti təşkil edəcək.

Paytaxt qonaqlarının isə nəzərinə çatdırırıq ki, hava şəraitinin yağmursuz keçəcəyigözlənilir. Cənub küləyisentyabrın 16-da mülayim şimal küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 27-32 dərəcə isti təşkil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256