SOSİUM

Müəllimllər üçün - VACİB XƏBƏR
14 SENTYABR
232

Müəllimllər üçün - VACİB XƏBƏR

2018-09-14 15:02:00

Hazırda kənd məktəblərində işləyən 7500-dək gənc müəllimə stumullaşdırma tədbirləri tətbiq olunur.

Fins.az-ın məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin qərarına əsasən, ucqar bölgələrdə çalışan müəllimlər üçün nəzərdə tutulan stimullaşdırıcı tədbirlər müsbət nəticələr verib. Ötən tədris ili üzrə müsabiqə əsasında işə qəbul olunan 6000-ə yaxın müəllimin 3000 nəfərdən çoxu ucqar bölgələrdə fəaliyyətə başlayıb.

C.Bayramov əlavə edib ki, ötən illərlə müqayisədə müəllim işləmək arzusunda olanların sayında 3 dəfə artım müşahidə olunur.

Onun sözlərinə görə, 2014-cü ildə 500 və daha artıq bal toplayan 922 nəfər müəllimlik ixtisasını seçmişdisə, 2017-ci ildə bu rəqəm 1370 nəfər olub. Bu il keçirilən qəbul imtahanlarında iştirak edərək 500 və daha artıq bal toplayan məzunlar arasında isə müəllimlik ixtisasını 2090 nəfər seçib. Bu göstərici 2014-2015-ci tədris ilinə nisbətən 2,3 dəfə və ya 126,7 faiz, ötən ilə nisbətən isə 1,5 dəfə və ya 53,6 faiz artım deməkdir. 2016-cı ilin qəbul imtahanlarında 500 və daha artıq bal toplayaraq ibtidai sinif müəllimliyini seçən cəmi 1 nəfər vardısa, builki qəbul imtahanlarında 500 və daha artıq bal toplayanlar arasında 235 nəfər abituriyent ibtidai sinif müəllimliyini seçib:

"Gənclər həm də ona görə müəllim olmaq istəyirlər ki, bu peşənin nüfuzu ilbəil artır. Ölkəmizdə davamlı olaraq aparılan məktəb tikintisi, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəticəsində əməkhaqqı artımı, müəllimlərin işə qəbulunun şəffaf təşkili bu peşənin cazibədarlığını artırmaqla yanaşı, həm də müəllim olmaq missiyasının yeni üfüqlərini müəyyən edib".

MƏNBƏ:Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9340
  • ₽ RUB
    0.0258