SOSİUM

Dolu düşəcək, leysan olacaq – HAVA XƏBƏRDARLIĞI
14 SENTYABR
1884

Dolu düşəcək, leysan olacaq – HAVA XƏBƏRDARLIĞI

2018-09-14 13:02:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Sentyabrın 15-dəhava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə19-22, gündüz 28-33, Bakıda gecə20-22, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 759 mm civə sütunu, nisbi rütubət  gecə 60-70,  gündüz 35-40 faiz olacaq.

Abşeron çimərliklərində

Sentyabrın 15-dəşimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Mülayim cənub küləyi əsəcək. 

Azərbaycanın rayonlarında

Sentyabrın 15-dəhava şəraitinin əsasənyağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi  əsəcək.

Havanın temperaturu gecə 17-22, gündüz  31-36, dağlarda gecə 10-15, gündüz  19-24 dərəcə isti təşkil edəcək.

Xəbərdarlıq

Sentyabrın 17-si axşam şimal və qərb rayonlarından başlayaraq sentyabrın 22-si gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9245
  • ₽ RUB
    0.0252