SOSİUM

Nazirlik icazəsiz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam edir
14 SENTYABR
214

Nazirlik icazəsiz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam edir

2018-09-14 12:48:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən  “Ovçuluq haqqında” və “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə riayət olunması vəziyyətinin araşdırılması məqsədilə mütəmadi reydlər keçirilir.

2018-ci ilin son üç ayı ərzində keçirilən reydlər zamanırespublika ərazisində icazəsiz ov edən 35 nəfər saxlanılıb. Onlardan 29 ov tüfəngi, patron və müxtəlif ov alətləri götürülüb.

Təqsirkarlara qarşı protokollar  tərtib edilərək ümumilikdə  40441 manat məbləğində cərimə tətbiq olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257