SOSİUM

Şöbə müdiri: "Xəzərdəki plastik çirklənmə ilə bağlı həyəcan təbili çalınmalıdır"
14 SENTYABR
75

Şöbə müdiri: "Xəzərdəki plastik çirklənmə ilə bağlı həyəcan təbili çalınmalıdır"

2018-09-14 12:07:00

 "Xəzər dənizinin ekoloji durumunda baş verən müəyyən problemlər bütün hallarda öz mənfi təsirini göstərmiş olur".

Fins.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin siyasəti, ekoloji vəziyyətin təhlili və qiymətləndirilməsi şöbəsinin müdiri Rasim Səttarzadə sentyabrın 14-də keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Xəzərin sahilini və dənizin çirklənməsinin qarşısını hər bir şəxs almalıdır: "Kimsə düşünməməlidir ki, nəsə görməsə bir şey olmaz. Sahil ərazilərinin estetik görünüşünün pozulmaması üçün ciddi addımlar atılır və hər bir vətəndaş bu işdə öz köməyini əsirgəməməlidir".

Şöbə müdiri əlavə edib ki, plastik çirklənmə prosesi aktivləşib: "Bu da ekoloji mühitdə daha acınacaqlı nəticələrə gətirib çıxara bilər. Plastik tullantılar nəticəsində plastik çirklənmə ilə bağlı həyəcan təbili çalınmalıdır. Əhali diqqətli olmalıdır". 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253