SOSİUM

"E-sosial" internet portalı iki aya hazır olacaq
14 SENTYABR
87

"E-sosial" internet portalı iki aya hazır olacaq

2018-09-14 11:29:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "e-sosial" internet portalının yaradılması iki ay ərzində reallaşacaq.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Fins.az-a verilən məlumata görə, portalın yaradılması işlərinin cari ilin noyabr ayında tam yekunlaşdırılması təmin ediləcək. Bu istiqamətdə nazirlikdə müvafiq işlər davam etdirilir.

Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində dövlət xidmətlərinin vahid platforma üzərindən elektron formada təqdim edilməsi üçün "e-sosial" internet portalı mühüm mənbə rolunu oynayacaq. Ümumilikdə nazirliyin bütün xidmətləri avtomatlaşdırılmış formada bu portalda əhatə olunacaq. Geniş funksional imkanları özündə cəmləşdirəcək portal, eyni zamanda, müvafiq xidmətlərin sistemli, bir-biri ilə əlaqələndirilmiş şəkildə təqdim olunmasına təminat verəcək.

Dövlət başçısının 9 avqust 2018-ci il tarixli Fərmanı ilə nazirliyin tabeliyndə yaradılacaq DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və DOST mərkəzlərinin fəaliyyəti üçün elektron infrastrukturda "e-sosial" internet portalı əsas alətlərdən biri olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253