SOSİUM

Məleykə Abbaszadə vətəndaşları qəbul edəcək – TARİX
14 SENTYABR
140

Məleykə Abbaszadə vətəndaşları qəbul edəcək – TARİX

2018-09-14 10:28:00

Qəbulda İmişli, Füzuli, Beyləqan, Zərdab, Bərdə, Tərtər, Ağcabədi, Ağdamrayonsakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Fins.az xəbər verir ki, qəbul sentyabr ayının 21-də, saat 11:00-da İmişli rayonH.Əliyev  Mərkəzində (ünvan: İmişli rayonu, 20 Yanvar küçəsi, 2) keçiriləcəkdir.Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri(http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-inŞirvan Regional Bölməsinə müraciət etmələri xahiş olunur(Ünvan: Şirvan şəhəri,M.Ə.Rəsulzadə pr., 19. Əlaqə tel.: (02121) 5-15-23).

Bundan əlavə, 14-20 sentyabr 2018-ci il tarixlərində (şənbə, bazar günləri istisna olmaqla) yuxarıda qeyd olunan rayonların Təhsil Şöbələrində saat 10:00-dan 17:00-dək qəbula yazılmaq üçün qeydiyyat aparılacaq.

Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257