SOSİUM

Bakı tədbirə hazırlaşır - QURTULUŞ 100 ili
13 SENTYABR
390

Bakı tədbirə hazırlaşır - QURTULUŞ 100 ili

2018-09-13 17:29:00
Sentyabrın 15-də Bakı şəhərinin bolşevik-daşnak işğalından azad edilməsinin 100 illiyi münasibəti ilə paytaxtda möhtəşəm tədbir keçiriləcək. 
 Fins.az-ın məlumatına görə, iki gündən sonra baş tutacaq yubiley tədbirinə hazırlıqlar davam edir.
Tədbir proqramına əsasən, Şəhidlər Xiyabanından Əl Oyunları Sarayına qədər 1918-ci ilin hərbi geyimində və dövrün silahları ilə silahlanmış piyadaların və süvarilərin yürüşü olacaq. Mərasimə Dövlət Sərhəd Xidmətinin atlılarından ibarət 100-dən çox süvari və Müdafiə Nazirliyinin 150-dək piyada əsgəri cəlb olunacaq.

Mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257