SOSİUM

Nazirdən məktəblərə aşura XƏBƏRDARLIĞI
13 SENTYABR
1159

Nazirdən məktəblərə aşura XƏBƏRDARLIĞI

2018-09-13 15:39:00

"Şagirdin əsas işi məktbədə olmaq, dərs oxumaqdır. Biz düşünürük ki, məktəb rəhbərliyi Aşura günündə şagirdlərin dərsdə iştirakına xüsusi diqqət yetirəcək".
Fins.az-ın məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov deyib.
Nazirin sözlərinə görə, məktəb rəhbərliyi, sinif rəhbərləri valideynlərlə birlikdə şagirdlərin tədrisdən yayınmamasına diqqət yetirməlidirlər:

"Hesab edirik ki, bu mesajlar sinif rəhbərləri vasitəsilə valideynlərə çatdırılacaq. Valideynlər də şagirdlərin dərsdə iştirakına maraqlı olmalıdırlar və bunu təmin etməlidirlər".
Xatırladaq ki, bu il Aşura günü sentyabrın 20-də olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259