SOSİUM

Bakıda birinci sinfə gedəcək – ŞAGİRDLƏRİN SAYI
10 SENTYABR
125

Bakıda birinci sinfə gedəcək – ŞAGİRDLƏRİN SAYI

2018-09-10 14:44:00

Birinci sinfə və məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesinin tətbiqi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İşçi Qrupu müraciətlərin operativ cavablandırılmasını təmin edir.

Bu barədə Bakı şəhər Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 10-na (saat 13:00) olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az)  vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 46 713, məktəbəhazırlıq qruplarına isə 18 537 şagird elektron qeydiyyatdan keçib.

Elektron qeydiyyat şəffaflığın və vətəndaşların rahatlığının təmin olunması, valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması, cəmiyyətdə informasiya texnologiyalarından istifadənin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

İşçi Qrupu I sinfə və məktəbəhazırlıq qruplarına qeydiyyat üzrə onlayn sorğuların cavablandırılması, qeydiyyatla bağlı valideynlərin yönləndirilməsi, onlayn qeydiyyatdan keçirilə bilməyən sənədlər vasitəsilə elektron qeydiyyatın aparılması prosesinin tənzimlənməsi və digər məsələlərlə bağlı müraciətləri vətəndaşların qəbulu, telefon zəngi, elektron poçt və ya elektron müraciət vasitəsilə cavablandırır.

Həmçinin, bu il ilk dəfə olaraq birinci sinfə onlayn qeydiyyat prosesində valideynləri maraqlandıran məsələləri daha operativ cavablandırmaq üçün elektron sistemin “Əlaqə” bölməsi yaradılıb. “Əlaqə” bölməsində İşçi Qrupu valideynləri maraqlandıran suallara müvafiq müddət ərzində cavab verir. Bununla da valideynlərin əlavə vaxt itkisinin qarşısı alınır, ənənəvi yazılı (məktub) müraciətlərin cavablandırılması zamanı meydana çıxan obyektiv ləngimələr aradan qaldırılır və müraciətlər daha operativ cavablandırılır.

Onu da qeyd edək ki, İşçi Qrupu birinci sinfə və məktəbəhazırlıq qruplarına qəbulla bağlı nəinki iş saatlarında, zərurət olduqda hətta işdən kənar saatlarda da fəaliyyət göstərirlər.

Artıq dördüncü ildir ki, birinci sinfə və ikinci ildir ki, məktəbəhazırlıq qruplarına qeydiyyat prosesi elektron qaydada həyata keçirilir. Bu isə vətəndaşların rahatlığı və subyektiv amillərin aradan qaldırılması baxımından mühüm əhəmiyyətə malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253