SOSİUM

Mənzillərə verilən suyun qiyməti artırılırmı? – "Azərsu"dan CAVAB
03 SENTYABR
544

Mənzillərə verilən suyun qiyməti artırılırmı? – "Azərsu"dan CAVAB

2018-09-03 12:38:00

Azərbaycanda içməli suyun qiymətinin artırılacağına dair xəbərlər dolaşmağa başlayıb. Buna səbəb isə, "Azərsu" ASC-nin 2017-ci ilin yekunlarına dair maliyyə hesabatında zərərlə işlədiyinin və suyun maya dəyərindən 2 dəfə ucuz satıldığının qeyd olunması olub.

Hesabatda səhmdar cəmiyyətinin əməliyyat zərərləri, əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti və dövriyyə vəsaitlərində çatışmazlıq olduğu vurğulanıb və buna əsas səbəb kimi Tarif (Qiymət) Şurasının müəyyən etdiyi tariflərin su-kanalizasiya xidmətlərinin maya dəyərindən aşağı olması göstərilib.

Fins.az xəbər verir ki, gəzən xəbərləri Sputnik Azərbaycan-a açıqlamasında münasibət bildirən "Azərsu"nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, səhmdar cəmiyyətinin suyun qiymətinin artımı ilə bağlı Tarif Şurasına müraciəti gündəmdə deyil.

"Gəzən söz-söhbətlər subyektiv fikirlərdir. Biz maliyyə hesabatı açıqlamışıq. Audit şirkəti də məlumatları yayıb. "Azərsu" ASC-nin su və kanalizasiyanın qiymətlərinin artımı üçün Tarif Şurasına müraciəti gündəmdə deyil" — deyə Cəbrayıllı vurğulayıb.

Eləcə də bax: Əhalinin suya olan borcu artıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259