SOSİUM

Nazirlik: 46 839 namizəddən 4053 nəfəri müəllim adını qazanaraq işə qəbul olub
03 SENTYABR
74

Nazirlik: 46 839 namizəddən 4053 nəfəri müəllim adını qazanaraq işə qəbul olub

2018-09-03 09:45:00

 Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə 2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb. 

Nazirlikdən  verilən məlumata görə, bu ilin iyul-avqust aylarında keçirilən müsabiqədə 46 839 namizəd iştirak edib, 4053 nəfər müəllim adını qazanaraq işə qəbul olub.

Müsabiqədən uğurla keçən şəxslər sentyabrın 5-dək müvafiq yerli təhsili idarəetmə orqanlarında qeydiyyatdan keçməlidirlər.

Sentyabr ayının birinci yarısında isə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu prosesi həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9852
  • ₽ RUB
    0.0255