SOSİUM

Sentyabrın ilk günün yağmurlu olacaq
31 AVQUST
309

Sentyabrın ilk günün yağmurlu olacaq

2018-08-31 12:31:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Sentyabrın 01-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-24, gündüz 28-32,  Bakıda gecə 21-23, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubətgecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində

Sentyabrın 01-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 25-26 dərəcə isti təşkil edəcək.Şimal-şərq küləyi əsəcək.

Azərbaycanın rayonlarında

Sentyabrın 01-də hava şəraitinin yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz  30-35, dağlarda gecə 12-17, gündüz  20-25 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Sentyabrın 01-02-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur

rejimi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253