SOSİUM

Bakının bu hissəsində qaz olmayacaq – ƏHALİNİN NƏZƏRİNƏ
31 AVQUST
575

Bakının bu hissəsində qaz olmayacaq – ƏHALİNİN NƏZƏRİNƏ

2018-08-31 10:55:00

Bakının Nəsimi rayonunun təbii qaz təchizatı məhdudlaşdırılıb.

“Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, istehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədilə Nəsimi rayonu, H.Ələsgərov küçəsində yeni çəkilmiş polietilen diametri 315 millimetrlik qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar təmir işləri tamamlananadək Tibilisi prospekti, həmçinin 1-ci və 2-ci Alatava, 20 Yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, H.Əliyev küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən zəruri təmir işlərinin Yasamal və Nərimanov rayonlarının bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür. Aparılan təmir işləri qısa zamanda yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258