SOSİUM

Qeydiyyat sabah başa çatır – ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ
27 AVQUST
148

Qeydiyyat sabah başa çatır – ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ

2018-08-27 10:25:00

Azərbaycan Respublikası ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (I mərhələdən sonra)qeydiyyatı sabah başa çatır.

Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər 28 avqust saat 17:00‑dəksənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı isə sentyabrın 3-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257