SOSİUM

Almaniyanın Kansleri Angela Merkel Azərbaycana səfərə gəlib
25 AVQUST
613

Almaniyanın Kansleri Angela Merkel Azərbaycana səfərə gəlib

2018-08-25 10:56:00

Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkel avqustun 25-də Azərbaycan Respublikasına səfərə gəlib. Fins.az Azərtac-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Almaniyanın Kansleri Angela Merkeli hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259