SOSİUM

DİM ali məktəblərə qəbul olan abituriyentlərə müraciət edib
21 AVQUST
323

DİM ali məktəblərə qəbul olan abituriyentlərə müraciət edib

2018-08-21 17:17:00

Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət edib.

Mərkəzdən Fins.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı şənbə və bazar günləri daxil olmaqla avqustun 28-dək aparılacaq.

Belə ki, Mərkəzin Direktorlar Şurasının qərarına əsasən, avqustun 22-23-i qeyri-iş günləri olduğu nəzərə alınaraq bakalavriat səviyyəsinə qəbul olan abituriyentlərin qeydiyyatını aparan komissiyaların avqustun 25-26-da (şənbə və bazar günləri) da fəaliyyət göstərməsi təmin ediləcək.

Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin bu müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256