SOSİUM

Yeni qərar vətəndaşlara nə verəcək?
21 AVQUST
1257

Yeni qərar vətəndaşlara nə verəcək?

2018-08-21 11:13:00

Baş nazir Novruz Məmmədov bir müddət öncə "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"nda dəyişiklik edilməsi haqqında qərar verib. Yeni dəyişikliyə əsasən, adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə daxil olan şəxsiyyəti təsdiq edən sənəd və ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə və ya hərbi bilet barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmayacaq.

Hüquqşünas Səməd Vəkilov açıqlamasında bildirib ki, Ədliyyə Nazirliyinin məlumat bazasında vətəndaşların şəxsi məlumatları qeyd edilib: "Yəni orada ailə vəziyyəti və digər məlumatlar, şəxsin adı, soyadı, ata adı ilə bağlı məlumatlar yer aldığı üçün bu dəyişiklik mütərəqqi dəyişiklikdir".

O qeyd edib ki, bu dəyişiklərdən sonra adı, soyadı, ata adını dəyişdirmək daha asan olacaq: “Əvvəl şəxsiyyəti təsdiq edən sənədin notariat qaydada təsdiq olunmuş surəti, çağırış məntəqəsinə təhkim olunma vəsiqəsinin və ya hərbi biletin notariat qaydada təsdiq edilmiş surəti, şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti tələb olunurdu. Hazırda bu Ədliyyə Nazirliyinin elektron məlumat bazasında olduğu üçün bu sənədin təqdim edilməsinə ehtiyac olmayacaq".

© Sputnik Azərbaycan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9340
  • ₽ RUB
    0.0258