SOSİUM

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri iki gün işləməyəcək
20 AVQUST
217

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri iki gün işləməyəcək

2018-08-20 16:17:00

Qurban bayramı ilə əlaqədar avqustun 22-23-də “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri - iş günüdür.

Bu barədə  Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Bildirilib ki, avqustun 24-dən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, hazırda 13 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba və Mingəçevirdədir.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256