SOSİUM

“Abituriyent” jurnalının səkkizinci nömrəsində...
16 AVQUST
297

“Abituriyent” jurnalının səkkizinci nömrəsində...

2018-08-16 16:51:00

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının səkkizinci nömrəsini nəşr edib.

DİM-dən Fins.az-a bildiriblər ki, bu nömrədə 2018/2019-cu tәdris ili üçün Azәrbaycan Respublikasının ali təhsil müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinin boş qalan plan yerləri olan ixtisaslar, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu və digər zəruri məlumatlar Azərbaycan və rus dillərində təqdim edilib.

Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28; Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M. ünvanlarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq olar.

Nəşrin elektron versiyasını (pdf formatında) DİM-in saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş yolu ilə əldə edə bilərsiniz (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/ ).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259