SOSİUM

Zakir Qaralovun vətəndaş qəbulunun vaxtı dəyişdirilib
16 AVQUST
118

Zakir Qaralovun vətəndaş qəbulunun vaxtı dəyişdirilib

2018-08-16 11:19:00

Baş prokuror Zakir Qaralovun avqustun 17-nə nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Fins.az-a verilən məlumata görə, qəbul avqustun 24-də saat 10:00-da Saatlı rayon Prokurorluğunun inzibati binasında keçiriləcək.

Z.Qaralov həmin gün Şirvan şəhər, Saatlı, Sabirabad, Salyan və Hacıqabul rayon sakinlərini qəbul edəcək.

Qeyd edək ki, Baş prokurorun vətəndaş qəbulunun əvvəlcə avqustun 17-də keçirilməsi planlaşdırılmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256