SOSİUM

Bakı avtovağzalı Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir
15 AVQUST
186

Bakı avtovağzalı Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir

2018-08-15 10:58:00

Bakı Beynəlxalq Avtovağzal Kompleksi qarşıdan gələn Qurban bayramı ilə əlaqədar yarana biləcək sərnişin sıxlığının qarşısını almaq məqsədilə iş qrafikində dəyişiklik edib. Avtovağzaldan AZƏRTAC-a bildirilib ki, avqustun 15-dən 27-dək Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bayram ərəfəsində gün ərzində 600-dən çox reyslə 16 mindən çox sərnişin daşınması nəzərdə tutulur. Hazırda gün ərzində 400-440 nəqliyyat vasitəsilə təxminən 12 min sərnişin avtovağzaldan yola salınır. Sərnişinlər biletləri Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassalarından və ya onlayn qaydada - www.bbak.az saytından 10 gün öncədən əldə edə bilərlər. Nəqliyyat vasitələrinin fəaliyyətinə xüsusi komissiya nəzarət edəcək. Əlavə sual və təkliflər üçün vətəndaşlar (012) 406-01-58/59 nömrələrinə müraciət edə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254