SOSİUM

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi media üçün açıqlama yaydı...
10 AVQUST
469

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi media üçün açıqlama yaydı...

2018-08-10 12:28:00
Hörmətli, media nümayəndələri və sosial şəbəkə istifadəçiləri!
Son günlər bir neçə mətbuat orqanında Zərdab rayon sakini Vahidov Asim Mahmud oğlunun əlillik vəziyyəti barədə şikayət xarakterli yazı dərc olunub. Məqalədə şikayətçinin “Xərçəngdən əməliyyat olunub, iki ay kimyəvi müalicə alıb, NAZİRLİK ƏLİLLİK DƏRƏCƏSİ VERMƏKDƏN İMTİNA EDİR” fikri bildirilir.
Yazıda qeyd olunanlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində araşdırılıb.
Vahidov Asim Mahmud oğlunun əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0260003AAE40 saylı göndərişi əsasında 30.05.2018-ci il tarixdə qiymətləndirilib və “göndərişin natamam doldurulması səbəbilə” əlillik təyin edilməyib.
Əlilliyin təyininə əsas verən 0260003AAE40 saylı göndərişin təhlili göstərir ki, göndərişdə əsas diaqnoz kimi “Sidik kisəsi gümbəzinin bədxassəli yeni törəməsi”, status localis kimi “Sidik kisəsi xərçəngi. TaNoMo 0 mərhələ Sidik kisəsi TUR-B cərrahi əməliyyat, 6 kurs monokimyaterapiyadan sonrakı vəziyyət” qeyd edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən əlillik dərəcəsinin verilməsi üçün əsas götürülən bədxassəli şişin növü, klinik mərhələsi və biopsiya və histoloji müayinələrin nəticəsi qeyd olunmadığı üçün “göndərişin natamam doldurulması səbəbilə” əlillik təyin edilməyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259