SOSİUM

Milli Məclis parlamentlərarası dostluq qruplarına yeni rəhbərlər seçəcək
10 AVQUST
116

Milli Məclis parlamentlərarası dostluq qruplarına yeni rəhbərlər seçəcək

2018-08-10 11:40:00

Milli Məclisin payız sessiyasında parlamentlərarası əlaqələr üzrə işçi qruplarına yeni rəhbərlər seçiləcək.

Fins.az-ın Milli Məclisdən əldə etdiyi məlumata görə, hazırda 5 parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri vəzifəsi boşdur

Bunlar, Azərbaycan - Almaniya, Azərbaycan - Cibuti, Azərbaycan - Kanada, Azərbaycan – Türkmənistan və Azərbaycan – Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri vəzifəsidir.

Payız sessiyasında  Milli Məclisin iclasında parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərinin seçilməsi məsələsinə baxılacaq. Və işçi qruplarına yeni rəhbərlər seçiləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251